Fransa Avropada ucuz uçuşlara qarşı çıxıb

Fransa Avropada ucuz uçuşlara qarşı çıxıb

Fransanın nəqliyyat naziri Klemen Bon Avropa İttifaqına ultra ucuz qiymətə aviabiletlərdən imtina etməyi təklif edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, sentyabrın 2-də, “L'Obs” nəşri yazıb.

Qeyd edək ki, Bon öz təşəbbüsünü sosial və ekoloji dempinqlə mübarizə ilə izah edib. Onu da qeyd edək ki, burada söhbət qiyməti 10 avro olan ucuz aviabiletlərdən gedir.

Fransalı nazir hesab edir ki, “ekoloji keçid” dövründə belə aşağı qiymət məqbul deyil. O, 10 avro reyslərin planetimizə təyyarələrdən istifadənin real dəyərini əks etdirmədiyini bildirib və çirkləndirici fəaliyyətlərə verginin artırılmasını dəstəklədiyini bildirib.

“On avroya uçuşlar artıq ekoloji keçid dövründə mümkün deyil, onlar planetimizə sərf etdikləri qiyməti əks etdirmir. Mən ekoloji keçidə sərmayə qoymaq üçün ətraf mühiti çirkləndirən fəaliyyətlərin vergiyə cəlb edilməsi mövqeyini tam dəstəkləyirəm”, - deyə Klemen Bon bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə