NATO ölkələrinin Baltik dənizində bu ilin sentyabrında keçiriləcək hərbi dəniz təlimləri ilk dəfə olaraq regionda Rusiyanın hipotetik hücumunu dəf etməyə həsr olunacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Yan Kristian Kaaka istinadən məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 9-da başlayacaq təlimlərdə ondan çox ölkədən 30-dan çox gəmi və 3000-dən çox hərbi qulluqçu iştirak edəcək. İştirakçılar arasında Baltik dənizinə çıxışı olan NATO ölkələri, həmçinin Şimali Atlantika Alyansına daxil olmağa namizəd olan İsveç də var.
Baltikyanı regiondan kənar bir sıra NATO ölkələri, o cümlədən ABŞ, Kanada və Fransa da iştirak edəcəklər.
“Biz Rusiyaya ayıq-sayıqlıqla bağlı aydın siqnal göndəririk”.
“Reuters” bunu alman admiralının sözlərindən sitat gətirib.
Xatırladaq ki, təlimlər iki həftə davam edəcək. Birləşmiş Ştatlar onlarda iştirak etmək üçün “Mesa Verde” amfibiya gəmisini göndərəcək.
Yeri gəlmişkən, bu gəmi amfibiya hücumu üçün 800-ə qədər insanı daşımaq iqtidarındadır.
“Reuters”in məlumatına görə, təlimlər zamanı desant əməliyyatları və dənizdən quruya zərbələr endirilməsi məşq ediləcək. Kaakın sözlərinə görə, müttəfiqlər xüsusilə Rusiyanın Polşanı Baltikyanı ölkələrlə birləşdirən Suvalki dəhlizini bağlayacağı situasiyanı simulyasiya edəcəklər. Bu halda, bu ölkələrin və Finlandiyanın tədarükü demək olar ki, yalnız dəniz yolu ilə həyata keçirilməli olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB