Göstəriş Emoməli Rəhmondan gəlib...

Tacikistan-Əfqanıstan sərhədində müştərək bazarlar yenidən işə başlayıb
Göstəriş Emoməli Rəhmondan gəlib...

...Maraqlıdır, . Tacikistan "Taliban"la əməkdaşlığı bərpa edir?

Tacikistan Respublikası ərazisindəki Dağlıq Bədəxşan Muxtar Vilayətinin hökuməti bu regionun Əfqanıstanla sərhəd bazarlarının fəaliyyətinin bərpa olunduğunu elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, Əfqanıstanda radikal “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra bu ölkənin yeni rəhbərliyi Düşənbədə tanınmayıb.

Və elə o vaxtdan sərhəd və sərhəd bazarları bağlanıb.

Amma sentyabrın 2-də Əfqanıstan və Tacikistandakı hakimiyyət orqanlarının “Facebook” səhifələrində bazarların yenidən açılacağı elan edilib.

O cümlədən, Dağlıq Bədəxşan Muxtar Vilayətinin icra hakimiyyətinin “Facebook” səhifəsində dərc olunan məlumatında bildirilir ki, “Xoroq şəhərinin Təm mikrorayonunda, Darvaz, Vanc və İşkaşım rayonlarında sərhəd bazarları fəaliyyətini bərpa edilib”.

Qeyd edək ki, Xoroq şəhəri hökumətinin müraciətində belə bir addımın Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun göstərişi” əsasında atıldığı vurğulanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə