Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə Rusiya, Belarus və İran səfirlərinə edilən dəvətlər geri götürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nobel Fondu məlumat yayıb.
Fondun saytında yerləşdirilən bəyanatda deyilir ki, bu səfirlər “Osloda keçiriləcək mərasimə dəvət olunacaqlar”.
“Biz İsveçdə bu qərarı tamamilə kölgədə qoyan güclü reaksiyanı nəzərə aldıq. Buna görə də biz adi təcrübədən keçən ilki istisnanı təkrarlamaq, yəni Rusiya, Belarus və İran səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəldik”.
Bu fonddan verilən məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyası və Belarus səfirlərini Nobel mərasiminə buraxmamağa çağırış etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB