“Ukrayna hücumunun sentyabrın sonuna qədər başa çatacağı gözlənilir” - DANİEL DAVİS
“Ukrayna əks-hücum əməliyyatlarını sentyabrın sonunadək tamamlayacaq”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü zabiti Daniel Davis deyib.
Onun sözlərinə görə, hücumun sonunda Kiyev döyüş meydanında yalnız kiçik uğurlar qazanacaq. İstefada olan zabit həmçinin bildirib ki, təmas xəttinin uzunluğu praktiki olaraq dəyişməyəcək: “Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində çoxlu ehtiyatlarını itirdiyindən döyüş potensialı demək olar ki, tükənib. Bu cür itkilər və yaxınlaşan yağışlı mövsümə görə, Ukrayna hücumunun sentyabrın sonuna qədər başa çatacağı gözlənilir”.
Hərbi mütəxəssis əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin daha da irəliləyişinin mümkünlüyünə şübhə edib. O, əlavə edib ki, Kiyev tezliklə əraziləri tutmaq üçün özlərini müdafiə etməyə məcbur olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB