Çanaqqala boğazında mexanizmləri nasaz olan qayıq Sahil Təhlükəsizliyi Baş İdarəsinin müdaxiləsi ilə balıqçı sığınacağına yanaşıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, boğazda üzən 7 metrlik şəxsi qayığın mexanizması Kəpəz yeri qarşısında xarab olub.
Sürünməyə başlayan qayığın kapitanı Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri Müdirliyinə məlumat verdikdən sonra xilasetmə qüvvələri bölgəyə göndərilib.
Problemi aradan qaldırmaq üçün 4 nəfərin olduğu qayıq ehtiyata alınaraq Sarıçaydakı balıqçı sığınacağına aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB