Yaponiyada 2023-cü ilin ən isti günü olub

Yaponiyada 2023-cü ilin ən isti günü olub

Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yay mövsümünü yaşadığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamaya görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində istilik ölçmələri aparılıb.

Məlum olub ki, yay mövsümündə orta temperaturun kənarlaşması Selsi üzrə 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.

"2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir" deyə məlumatda deyilir.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə