Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə günü, Birləşmiş Ştatların son 72 saat ərzində Ukrayna hərbi qüvvələrinin Zaporojye bölgəsindəki cənub hücum xəttində gözə çarpan irəliləyiş gördüyünü bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya müdafiəsinin ikinci xəttinə hücumda müəyyən uğur əldə edib.
O qeyd edib ki, amma Kiyev bu sahədə hələ də ağır mübarizə aparmalıdır.
Bu arada “Amerikanın səsi” Ukrayna ordusunun bir neçə yerdə Rusiya müdafiəsinin birinci xəttini keçdikdən sonra orada daha da möhkəmləndirilmiş rus mövqeləri ilə qarşılaşdıqlarını xəbər verib.
Yazda elan edilən, lakin yayın əvvəlində başlayan hücum zamanı Ukrayna ordusunun indiyədək heç bir böyük yaşayış məntəqəsinə nəzarəti bərpa edə bilmədiyi deyilir.
Qeyd edək ki, SİA bunu rus saytlarına istinadən yazır.
Beləliklə, rus saytları yazır ki, bu həftə Kiyevdə Qərb mətbuatında ABŞ administrasiyasındakı anonim mənbələrin əks-hücumda yavaş irəliləyiş elan etdiyi nəşrlər tənqid edilib.
Bəzi ekspertlər Ukrayna qüvvələrinin nəzərəçarpacaq irəliləməsi olmadan Qərbin dəstəyinin azala biləcəyini düşünürlər.
Hətta bundan əvvəl, iyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Washington Post” qəzetinə müsahibəsində Ukraynanın hücumunun “şou olmadığını” bildirmişdi.
Dediyim kimi, bunları artıq rus saytları yazırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB