Rusiya tərəfində vuruşan çexiyalıya 21 il iş kəsildi, özü də qiyabi…
Bu arada Çexiya məhkəməsi Donetskdə ruslar tərəfində Ukraynaya qarşı müharibədə iştirak etmiş ölkə vətəndaşı Alois Polakı qiyabi olaraq 21 il müddətinə azadlıqdan məhrum edib.
İddialara görə, müttəhimin snayper tüfəngi ilə azı dörd Ukrayna əsgərini güllələyərək öldürüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, vəkil məhkumun artıq öldüyünü iddia edir.
Yeri gəlmişkən, snayper kimi xidmət edən Polak artıq üçüncü dəfədir ki, Ukrayna müharibəsinə görə məhkum edilib. Belə ki, apellyasiya şikayəti əsasında məhkəmələrin əvvəlki qərarları ləğv edilib.
“iDnes” xəbər verir ki, o, terror aktı törətməkdə və terrorçu qruplaşmada iştirakda təqsirli bilinib. İttiham əsasən çexlərin sosial şəbəkələrdəki paylaşımlarına əsaslanır. Orada, xüsusilə, tüfəngində öldürülənlərin sayını göstərən dörd çentik olduğunu bildirilir.
İttiham tərəfi iddia edir ki, çex 2016-cı ildə Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olmayan hissəsinə gedib. Orada Separatçı Respublika Qvardiyasına daxil oldu. Əvvəlcə snayper, sonralar taqım komandiri olub.
Polakın vəkili hökmdən apellyasiya şikayəti verib və əlavə olaraq müdafiəçisinin, görünür, artıq həyatda olmadığını bildirib.
Maraqlıdır ki, “Azadlıq” radiosunun müxbiri Polakın sosial şəbəkələrdə sonuncu qeydinin 21 avqust tarixinə aid olduğunu diqqətə çatdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB