…Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın Ukraynanı hərbi yolla məğlub etmək şansının olmadığını bildirib.
“…Əminliklə deyə bilərəm ki, birincisi, Rusiyanın bizi hərbi yolla məğlub etmək şansı yoxdur. İkincisi, qələbə bizim olacaq. Üçüncüsü, biz bütün ərazilərimizi azad edəcəyik. Yeganə sual vaxtdır”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Danilov NV-yə verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, bu qələbənin tez bir zamanda gəlməsini arzulayan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, bunun daha çox alacaqları silahlardan, o cümlədən tərəfdaşlar tərəfindən ediləcək tədarükdən asılı olduğunu da gizlətməyib.
Müttəfiq ölkələrdən Ukraynaya silah tədarükünün davam etdiyini bildirən Danilov, guya bu tədarükün tezliklə dayandırılacağı və ya Qərbin yardım etməkdən yorulduğu üçün Ukraynanın “tərk ediləcəyi” iddiaları... Rusiyanın informasiya dolmasıdır.
Onun sözlərinə görə, Rusiya indi son dərəcə çətin vəziyyətdədir və buna görə də Ukraynaya münasibətdə Rusiya Federasiyasının indi bir məqsədi var – ölkəmizdəki daxili sabitliyin pozulmasına nail olmaq.
Qeyd edək ki, maraqlı da olsa, Danilov bu gün Ukraynanın öz torpaqlarının işğaldan azad edilməsi ilə bağlı heç bir məhdudiyyəti olmadığını da bildirib.
“...Ərazilərimizin azad edilməsi ilə bağlı bizim birmənalı şəkildə qırmızı xətlərimiz yoxdur. Biz onları azad etməliyik. Krım bizim ölkəmizin ərazisidir. Dünyanın bütün sivil dövlətləri bunu tanıyır” deyən şura katib, eyni zamanda Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinin başqa məsələ olduğunu da dilə gətirib.
Belə ki, onun dediyinə görə, bəzən orada nəsə baş verəndə kimin iştirak etdiyini və hansı silahlardan istifadə edildiyini anlamaq lazımdır.
“...Əminliklə deyə bilərəm ki, biz həmişə orada deyilik. Orada bizdən başqa Moskva, ümumiyyətlə rus partizanları var. Bu, isə qətiyyən Qərb silahı deyil”.
Bunu da Danilov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB