Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Nobel mükafatı laureatı, jurnalist Dmitri Muratovu xarici agent kimi tanıyıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı müraciətdə Muratovun xarici agentlərin mesaj və materiallarının yaradılması və yayılmasında iştirak etdiyi bildirilir.
O, Rusiyanın daxili və xarici siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirlərin yayılması üçün xarici platformalardan istifadə edib.
Qeyd edək ki, xarici agentlər kimi də tanınan komediya ustası Ruslan Belıy, yazıçı Oleq Radzinski, Sankt-Peterburq Qanunvericilik Məclisinin keçmiş deputatı Maksim Reznik, Kaluqa vilayətinin Qanunvericilik Məclisinin deputatının köməkçisi Yevgeni Karpov, jurnalist Denis Katairbek, tarixçi Vaçaqayev , jurnalist Oksana Barşina (Kseniya Larina), iqtisadçı Konstantin Soninin siyahısına Yeni Tuva təşkilatı da əlavə edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB