Polşanın hərbi vertolyotu Belarusla sərhədi pozub

Polşanın hərbi vertolyotu Belarusla sərhədi pozub

Polşaya məxsus hərbi helikopter Qrodno vilayətinin Berestovitski rayonunda Belarus sərhədini pozub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb.

Nazirliyin açıqlamasında Polşaya məxsus “Mi-24” helikopterinin dövlət sərhədini həddindən artıq alçaq hündürlükdə keçərək 1200 metrə qədər dərinliyə uçub ölkə ərazisinə keçdiyi, sonra isə geri döndüyü bildirilir.

Hadisə ilə əlaqədar Belarus Xarici İşlər Nazirliyi Polşanın respublikadakı müvəqqəti işlər vəkili Voytsex Filimonoviçi çağırıb. Ondan aydınlıq gətirilməsini xahiş ediblər. İndi nazirlik Varşavadan belə hadisələrin qarşısını almaq üçün addımlar atmağı xahiş edir.

Düz bir ay əvvəl Polşa Müdafiə Nazirliyi bəyan etmişdi ki, Belarus təyyarələrinin hava sərhədlərini pozduğu iddiası ilə bu ölkə Belarusla xəttdə olan qoşunlarının sayını artıracaq.

Lakin öz növbəsində Belarus Xarici İşlər Nazirliyi qeyd edib ki, Polşa tərəfi bu məsələyə obyektiv nəzarət barədə məlumat təqdim etməyib. Nazirlik vurğulayır ki, Varşava sərhəd uçuşları ilə bağlı Minsk tərəfindən əvvəlcədən xəbərdar edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə