Kopenhagendəki rus diplomatlarının sayı 5 nəfərə endirilir

Kopenhagendəki rus diplomatlarının sayı 5 nəfərə endirilir

Danimarka Xarici İşlər Nazirliyi ölkədəki rus diplomat və konsulluq işçilərini göndərir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, departament bu barədə sentyabrın 1-də rəsmi məlumat yayıb. Beləliklə, Kopenhagendə yalnız beş diplomat və Rusiya səfirliyinin 20 texniki işçisi qala biləcək.

Qeyd edək ki, Danimarka Xarici İşlər Nazirliyi görülən tədbirləri Danimarkanın Rusiyadakı diplomatik korpusunun eyni ixtisarına cavab adlandırıb.

Agentlik Moskva ilə uzun müddətdir ki, hər iki tərəfdən səfirliklərin necə işləməsi ilə bağlı danışıqlar apardığını, lakin heç bir nəticə əldə olunmadığını vurğulayıb.

Rusiya diplomatları sentyabrın 29-dan gec olmayaraq işlərini dayandırmalı və Kopenhageni tərk etməli olacaqlar. Bundan əlavə, Danimarka Xarici İşlər Nazirliyi qeyd edib ki, danışıqlar zamanı Moskva dəfələrlə Kopenhagen diplomatik pərdə altında Rusiya xüsusi xidmət orqanlarının agentləri hesab etdiyi ruslar üçün viza tələb etməyə cəhd edib.

Yeri gəlmişkən xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından sonra bir çox Avropa ölkələri Rusiyadakı diplomatik mövcudluğunu azaldır.

Deyim ki, ruslar da cavabsız qalımır. Belə ki, Moskva da öz növbəsində Qərb səfirliklərinin və konsulluqlarının işçilərini ixtisar edir.

Onu da xatırladaq ki, İslandiya bu ilin avqustunda Rusiyadakı səfirliyinin işini tamamilə donduran ilk Avropa ölkəsi olub.

Bundan əlavə, son vaxtlar Qərb ölkələrində Rusiyaya casusluq ittihamı ilə vətəndaşların saxlanılması barədə mütəmadi məlumatlar da yayılmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə