Türkiyə Cənubi Afrikanın Yohannesburq şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: “Dünən Cənubi Afrikanın Yohannesburq şəhərindəki yaşayış evində baş verən yanğın nəticəsində çox sayda adamın həlak olması və yaralanması ilə bağlı xəbər bizi kədərləndirib. Dost Cənubi Afrika xalqına və hökumətinə başsağlığı verir, faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.
SİA xarici qaynaqlara istinadən xatırladır ki, dünən səhər saatlarında Yohannesburq şəhərinin Marşaltaun rayonunda baş verən yanğında azı 74 nəfər ölüb, 250-dən çox adam yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB