Rusiyada polis miqrantlara hərbi komissarlığa çağırış vərəqələri paylayır
Bu arada Krasnoyarsk bazarlarında reyd keçirən Rusyanın polis əməkdaşları 18 miqranta hərbi komissarlığa gəlmək üçün çağırış vərəqi veriblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Rusiya vətəndaşlığına qəbul edilmiş, lakin hərbi komissarlıqda qeydiyyatda olmayan 21 vətəndaş müəyyən edilib.
Verilən məlumata görə, onlardan 18-i hərbi komissarlıqlara çağırış vərəqəsi, 3-ü isə hərbi qeydiyyatdan yayındığına görə inzibati protokollar alıblar.
Qeyd edək ki, rus qanunlarına görə, əcnəbi Rusiya pasportunu aldıqdan sonra iki həftə ərzində hərbi qeydiyyatdan keçmək üçün yaşayış və ya qeydiyyat yeri üzrə hərbi komissarlığa gəlməlidir.
Reyd zamanı polis 212 vətəndaşın sənədlərini yoxlayıb, onlardan 147-si şöbəyə aparılıb. Saxlanılanlar arasında əsaən Orta Asiya xalqlarının nümayəndələri çoxluq təşkil ediblər.
Onu da qeyd edək ki, avqust ayında Perm, Çelyabinsk, Nijni Novqorod, Sankt-Peterburq, Sverdlovsk və Belqorod vilayətlərində reydlər keçirən rus polisləri, başqa ölkələrdən gələnlərin Rusiya vətəndaşlığı olduğu təqdirdə onlara hərbi komissarlığa çağırış vərəqələri veriblər.
Rus hakimiyyəti bildirir ki, reydlərin məqsədi qeyri-qanuni miqrasiya ilə mübarizə və hərbi qeydiyyatda olmayan Rusiya vətəndaşlarını müəyyən etməkdir.
Amma bununla belə, hüquq müdafiəçiləri hesab edirlər ki, Rusiyaya yeni gələn vətəndaşlar hərbi qeydiyyata alındıqdan sonra Ukrayna ilə müharibəyə göndərilmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilirlər.
Yeri gəlmişkən, bu arada Rusiya Federasiyası Dövlət Dumasına səfərbərlikdən yayınan “yeni rusların” vətəndaşlıqdan məhrum edilməsi haqqında qanun layihəsi təqdim edilib.
...Rusiya vətəndaşlığını əldə etmiş şəxslər hərbi xidmət üçün qeydiyyata düşmədikdə, habelə hərbi xidmətdən, o cümlədən səfərbərlikdən yayındıqda Rusiya vətəndaşlığına xitam verilməsi şəklində tədbir təklif edilir.
Rusların qanun layihəsində belə deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB