Balıq sümüyü ölümünə səbəb oldu - DƏHŞƏTLİ HADİSƏ

Balıq sümüyü ölümünə səbəb oldu - DƏHŞƏTLİ HADİSƏ

Türkiyənin Muğlanın Bodrum mahalına tətilə gələrək dostları ilə birlikdə restorana gedən İstanbul Vəkillər Kollegiyasının vəkillərindən Elif Alev Çevikdalın qəfildən halı pisləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, boğazında balıq sümüyü qaldığı bildirilən Çevikdal xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb və həyatını itirib.

Çevikdalın qəfil ölümü həmkarlarını şoka salıb. Onun cəsədi yarılmaq üçün Muğla Ədliyyə Tibb Qurumuna göndərilib və İstanbuldan qohumlarının cəsədi almaq üçün Muğlaya gəldiyi öyrənilib. Jandarm hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə