Fransanın paytaxtı Parisin bir bölgəsində dünən Dengue Fever və Zika virusu daşıyan pələng ağcaqanadlarına qarşı dərmanlama əməliyyatı keçirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgə meri Jerome Coumet, səyahət etdikdən sonra bir adamda Denge qızdırması aşkar edilərək dərmanlama aparıldığını açıqlayıb.
Paris merinin müavini Anne Souyrisin dünən səhər saatlarında şəxsən iştirak etdiyi genişmiqyaslı dərmanlama əməliyyatının Parisdə bir ilk olduğu bildirilib. Souyris, Parisin 20 rayonundan biri olan 13-cü məhəllədə dərmanlama üçün Dang qızdırması daşıyan pələng ağcaqanadlarını xüsusi olaraq hədəf aldıqlarını ifadə etdi.
13-cü bölgədən məsul olan rayon Bələdiyyə Başçısı Jerome Coumet, bəzi yerlərdə ikinci bir dərmanlama aparıldığını söylədi.
Pələng ağcaqanadları tərəfindən daşınan və ötürülən Dengue Fever, sümüklərdə şiddətli ağrılara səbəb olduğu üçün "sınıq sümük qızdırması" olaraq da tanınır. Dengue Fever və Zika virusu hamiləlik zamanı anaya keçərsə, körpəyə ciddi ziyan vurur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB