Xəstəxanaya ilan daxil oldu

Antalyada xəstəxanaya daxil olan Aralıq dənizi gürzə balası 4 saatlıq araşdırmadan sonra tapılaraq təbiətə buraxılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün saat 22:30 radələrində Kəmər rayonunda meşənin yanındakı Kəmər Dövlət Xəstəxanasına girən ilanı görən xəstənin qohumu Kəmər Axtarış Qurtarma Dərnəyindən kömək istəyib.

Daha əvvəl Antalya Jandarma Komandanlığı Jandarma Axtarış Qurtarma tərəfindən heyvan axtarış-xilasetmə təhsili almış bir qrup üzvü də daxil olmaqla 4 nəfər xəstəxanaya gələrək ilanı axtarıb. Komanda üzvləri də 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Qruplar 4 saatlıq işdən sonra ilanın yerini müəyyən ediblər. Komandanın tutaraq kisəyə qoyduğu ilan xəstəxanadan çıxarılıb. Aralıq dənizi gürzəsi olduğu müəyyən edilən ilanı meşəyə qoyublar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə