“Sən içimdə sönməz bir atəş qoyub getdin” - FENOMENİN ANASI ÜRƏKLƏRİ DAĞLADI
Hatayda zəlzələ nəticəsində həyatını itirən sosial media fenomeni Taha Duymazın anası Meryem Duymazın oğlu üçün yazdığı ad günü paylaşımı ürəkləri dağlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meryem Duymaz, "Cənnət qoxulun, mən hələ sənə doya bilməmişdim. Anan səndən doya bilmədi. Sənin üçün çox darıxıram, balam. Sən içimdə sönməz bir atəş qoyub getdin. Ad günün mübarək, Taham" sözlərini paylaşıb.
Xatırladaq ki, yemək videoları ilə fenomenə çevrilən Hataylı Taha Duymaz Kahramanmaraşda baş verən zəlzələlərdə dünyasını dəyişib.
Zəlzələdə 3 övladını itirən ana Meryem Duymazın dərdi aylar keçsə də dinmir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB