Antalyada isti və rütubətli havadan boğulan vətəndaşlar gecəni dünyaca məşhur Konyaaltı çimərliyində keçiriblər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhərin ilk işığında çimərlikdəki sıxlıq diqqət çəkib.
Turizm şəhəri Antalyada rütubətli və isti hava öz təsirini davam etdirir. Havanın istiliyinin 30 faizi, rütubətin isə 85 faizi keçdiyi şəhərdə istilik artır. Evlərdəki kondisionerin altında yatmaq istəməyən vətəndaşların ünvanı isə çimərliklər olub. Günün bütün saatlarında tətil edənləri qəbul edən Konyaaltı çimərliyində bəzi vətəndaşlar arasında izdiham yaranıb. Belə ki, vətəndaşların bəzilərinin yastıq, bəzilərinin dəsmal, bəzilərinin isə dostları ilə yan-yana yatdığı görülüb.
İsti hava və rütubət səbəbindən gecə saatlarında sahilə gələn vətəndaşlar tapdıqları boş yerdə yatmağa üstünlük veriblər. Sahildə şezlonglarda yatarkən iki nəfər görüntülənib. Səhər yeni açılsa da çimərliyə gələnlərin məşğul olduğu, Aralıq dənizinin mavi sularında çimdikləri müşahidə edilib.
26 ildir Konyaaltı sahilində dalğıc klubu işlədən Mustafa Karsanba, “Yerli və xarici turistlər üçün dalğıc edirik. Bu yolla turizmə töhfə vermiş oluruq. Onlar dəniz canlılarını görmək şansı əldə edirlər. Yerli camaat səhərlər çox üzməyə gəlir. Gecədən olan dostlarımız çimərliyi çirkləndirir, milçəklər çox olur. Gecə saat 00:00-dan sonra çoxlu qalıqlar çimərlikdə qalır. Polis qrupları çadırların qurulmasına icazə vermir. Bələdiyyənin dəstələri çimərliyi çox yaxşı təmizləsələr də, bəzən kifayət etmirlər. Bazar günü səhər burada yüzlərlə insanın uzandığını görə bilərsiniz" dedi.
Dostları ilə çimmək üçün çimərliyə gələn Mahmut Mahir Dəniz “Hər səhər gəlirəm, çimərlikdə yatıb qalanları görürük. Burada gecələyirlər. Amma bu çirklənmə yaradır. Çox vaxt çarpayısını, yorğanını gətirib çadır quranları görürük. İyul və avqust ayları indiyə nisbətən daha çox adam var idi. Polis çadırların qurulmasına icazə vermir”, - deyə o bildirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB