Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - YENİLƏNMİŞ SİYAHI
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 263 490 hərbçisi məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 459 tank, 8 613 zirehli maşın, 5 530 artilleriya sistemi, 735 RYAS (reaktiv yaylım atəşi sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 421 operativ-taktiki PUA, 1 445 qanadlı raket, 18 gəmi/qayıq, 8 009 avtomobil və sistern, 831 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB