Peruda iki nəfərin COVID-19-un yeni variantı olan “Eris”ə yoluxduğu təsdiqini tapıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli radiostansiyalardan birinin məlumatına görə, “Eris”ə yoluxanlar paytaxt ətrafında yaşayan insanlardır.
Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlardan biri 57 yaşlı kişi, digəri isə 56 yaşlı qadındır.
Məlumatda qeyd olunur ki, hər iki xəstədə simptomlar yüngül olduğundan onlar evdə təcrid olunurlar.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Eris” ştammını (EG.5) koronavirusun yeni variantları siyahısına əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB