Araz Musayev Selçuk Bayraktarla görüşdü - FOTO

Araz Musayev Selçuk Bayraktarla görüşdü - FOTO

“Furqanoğlu” şirkətlər qrupunun baş direktoru və “Muay Thai” Federasiyasının prezidenti Araz Musayev “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar və “Baykar”ın baş direktoru Haluk Bayraktarla görüşüb. SİA xəbər verir ki, görüşdə Selçuk Bayraktar “Furqanoğlu” şirkətinin “TEKNOFEST”də gördüyü işlər haqqında məlumatlandırılıb.

Araz Musayev bildirib ki, 27 sentyabr - 1 oktyabr tarixlərində İzmir Çiğli Hava Limanında keçiriləcək və 5 gün davam edəcək “TEKNOFEST” festivalında “Furqanoğlu Dəmir Yumruq”stendi də öz yerini alacaq.

Araz Musayev Vətən müharibəsində “Bayraktar TB2” dronları ilə göstərdiyi dəstəyə görə “Baykar” şirkətinə təşəkkür edib və “İki dövlət - Bir millət” şüarı ilə keçirilən “TEKNOFEST”ə dəstək verməyə borclu olduğumuzu qeyd edib: “Dəstəklədiyimiz layihələrdən biri olan “Atlas C1” silahı 55-60 metr hündürlüyə qalxır, müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir. Ümumilikdə stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsi sərgilədik”.

Bütün xəbərlər Facebook səhifəmizdə