Çin texnologiya nəhəngi Baidu dünən ABŞ-ın “OpenAI” şirkəti tərəfindən hazırlanmış süni intellektli söhbət robotu “ChatGPT”yə bənzəyən “ERNIE”ni təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin rəsmi görüşünə uyğun olaraq senzuraya məruz qalan və sualları cavablandıran “ERNIE” aşağıdakı mövzuları senzuralayıb:
1 - Çinin təzyiq göstərdiyi Sincan Uyğur Muxtar Bölgəsində nə qədər uyğurun saxlandığı sualının qarşısını kəsib!
2 - Pekinin mənsub olduğunu iddia etdiyi Tayvanın statusu barədə soruşduqda, Tayvanın "ölkə olmadığını" söyləyib!
3 - 1989-cu ildə Pekində minlərlə etirazçının öldürüldüyü Tiananmen qətliamı ilə bağlı suala “bilmirəm” cavabı verilib!
4 - Honq-Konqda Çin əleyhinə etirazlar barədə soruşduqda isə "Başqa mövzuya keç" deyə cavab verib!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB