Tauride istiqamətində əllidən çox rus əsgəri öldürülüb..?

Tauride istiqamətində əllidən çox rus əsgəri öldürülüb..?

Ötən sutka ərzində Taurida istiqamətində Müdafiə Qüvvələri tərəfindən 58 işğalçı, 23 hərbi texnika və düşmənin 2 silah-sursat anbarı məhv edilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Tavriya” qoşunlarının əməliyyat-strateji qruplaşmasının komandiri, briqada generalı Aleksandr Tarnavski Telegram-da bildirib.

Onun bildirdiyinə görə, Müdafiə Qüvvələrinin artilleriya bölmələri gün ərzində 1204 atəş tapşırığını yerinə yetiriblər. Belə ki, ötən sutka ərzində düşmənin itkiləri 238 nəfər olub. Bunların 58 nəfəri öldürülüb, 177 nəfəri yaralanıb, 3 nəfər isə əsir götürülüb.

Tarnavski düşmənin 23 hərbi texnikasının, o cümlədən, 1 tank, 6 AFV, 6 artilleriya sistemi və minaatan, 1 ATGM, 1 LNG, 2 PUA, 6 texnikanın məhv edildiyini də əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə