Ukrayna ordusu artıq rus işğalçılarına qarşı ikinci müdafiə xəttini keçir. Söhbət Novoprokopovka ilə Verbov arasındakı ilk sərhəddən gedir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko hesab edir ki, Ukrayna Silahlı Qüvvələri tezliklə Tokmak istiqamətində hərəkətə başlaya bilər. Qeyd olunur ki, Rabotino artıq azad edilib və o, rusların birinci və ikinci müdafiə xətti arasındakı sərhəddə yerləşir.
“…Rusların hələ ki, bizim irəliləyişimizi birtəhər də olsa bağlamaq imkanı yoxdur. Baxmayaraq ki, onlar indi çox maraqlı proseslə məşğuldurlar. Belə ki, onlar öz qüvvələrini və vasitələrini Ukrayna Müdafiə Qüvvələrinin hücum cəbhəsi boyunca deyil, cinahlarda cəmləşdirməyə çalışırlar. Bununla guya onlar bizim hərəkətlərimizi cinahlar boyunca bağlamağa çalışırlar”.
Qeyd edək ki, TSN televiziyasına şərhində bunları bildirən Kovalenko, burada söhbətin Novoprokopka, Sladkaya Balka, İlçenkovo, Verbovoy və Oçeretovatıdan getdiyini də əlavə edib.
Rusların bununla uğur qazanacaqlarına şübhə etdiyini dilə gətirən ukraynalı hərbçi, sentyabrda əsas hərəkəti Tokmak istiqamətinə yönəldəcəklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB