“Moskva Calling" telegram kanalının müəllifi, hərbi bloger Andrey Kurşin Moskvada, Leninqradski dəmir yolu vağzalında Rusiya ordusuna qarşı saxtakarlıq üzrə cinayət işi çərçivəsində saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Andrey Kurşinin sözlərinə görə, Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi zamanı (2014-2015-ci illər) o, “Moskva” çağırış nişanı altında DXR tərəfində vuruşub. Daha sonra o, “Moskva Calling" telegram kanalını açıb. Hazırda onun 86 min nəfərdən artıq abunəçisi var.
Andrey Kurşin kanalında döyüş əməliyyatlarının gedişini işıqlandırıb, Rusiya və Ukrayna hərbi komandanlığının səhvlərinə diqqət çəkib.
Verilən məlumatlara görə, Andrey Kurşin “Rif” müdafiə mikroelektronika müəssisəsində mühəndis işləyir və dövlət sirlərinə çıxışı var.
Qeyd edək ki, Andrey Kurşin kanalında ona və təqaüdçü valideynlərinə hədə-qorxu gəldikləri barədə yazıb.
Onu da qeyd edək ki, Kurşin "Z-patriotlarla razılaşmadığını" deyib. O, buna səbəb kimi Rusiya hakimiyyətinin 2022-ci ilin fevralından bəri Ukraynadakı fəaliyyətini göstərib.
Onun sözlərinə görə, o, 2014-2015-ci illərdə “həqiqət, ədalət, xalqın öz torpağında ağa olmaq hüququ” uğrunda mübarizə aparıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB