Avropa İttifaqının yaxın 4 ildə Ukraynaya hərbi yardımının maksimum məbləği ildə 5 milyard avro təşkil edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqı diplomatı Xosep Borrell İspaniyanın Toledo şəhərində 27 icma ölkəsinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bizim təklifimiz növbəti dörd il üçün hər il 5 milyard olmaqla 20 milyard avroluq bir tavandır”.
Bunu deyən Borrelin sözlərinə görə, Avropa İttifaqı Şurası mümkün qədər tez razılığa gəlmək üçün bu təklifi müzakirə etməyə davam edəcək.
“Ümid edirəm ki, bu, ilin sonuna qədər razılaşdırılacaq”.
Bunu da Borrell deyib. O, həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli ilə bağlı prezident Vladimir Zelenskinin təklif etdiyi sülh planından başqa heç bir başqa təklifi nəzərdən keçirmir.
“Zelenskinin planı beynəlxalq aləmdə müzakirə olunan yeganə plandır. Başqa planlar da var - Çindən, Braziliyadan, Afrika ölkələrindən, amma hamısı geri çəkilib. Zelenski planı istisna olmaqla, onların heç birinə baxılmayıb”.
Bu da Borrellin sözləridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB