Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevə 160-a yaxın “F-16” qırıcı təyyarəsinin lazım olduğunu bildirib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Ukrayna hərbçilərinin hava zərbələrinə qarşı döyüş tapşırıqlarını yerinə yetirməsi üçün 60 “F-16” qırıcı təyyarəsinin kifayət edəcəyini bildirmişdi.
SİA-nın əldə etdiyi məlumata görə, ötən günlərin birində Portuqaliyanın RTP televiziya şirkətinə müsahibə verən Zelenski, bu gün Kiyevin 50-60 təyyarə ilə bağlı razılaşmaları olduğunu bildirmişdi.
“...Amma məsələ bundadır ki, bu təyyarələrin hamısı birdən verilməyəcək. Və ümumilikdə bizə təxminən 160-a ehtiyacımız var ki, bu, Rusiyaya səmada hökmranlıq etmək imkanı verməyən güclü hava donanması olsun”.
Onu da qeyd edək ki, Ukrayna lideri həmçinin hava hücumundan müdafiə və Qara dəniz gəmiçiliyinə nəzarətin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB