İranda daşqınlar üç nəfərin həyatına son qoyub

İranda daşqınlar üç nəfərin həyatına son qoyub

İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mehr” agentliyi İran Qızıl Aypara Cəmiyyətinin xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Bildirilir ki, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət nəticəsində boğulub, daha ikisi ildırım vurması nəticəsində ölüb.

Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə