Ukrayna işğal olunmuş rayonların sakinlərini səsvermədə iştirak etməməyə çağırır

Ukrayna işğal olunmuş rayonların sakinlərini səsvermədə iştirak etməməyə çağırır

Ukrayna hakimiyyəti Rusiya tərəfindən işğal olunmuş ərazilərin sakinlərini Rusiyanın ötən il ilhaqını elan etdiyi dörd regionda Rusiya hakimiyyətinin təyin etdiyi seçkilərdə iştirak etməməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, sentyabrın 10-da Rusiyada vahid səsvermə günündə bu ölkənin onlarla vilayətində, eləcə də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrində yerli hakimiyyət orqanlarına və qanunvericilik məclislərinə seçkilər keçiriləcək.

Zaporojye və Donetsk vilayətlərində erkən səsvermə, Rusiya seçki komissiyalarının məlumatına görə, avqustun 31-də başlayıb. İddia olunur ki, bu, “çətin əldə edilən ərazilərdə”, eləcə də cəbhə xəttinə yaxın yaşayış məntəqələrində baş verir.

Qeyd edək ki, nə Zaporojya, nə də Donetsk vilayətləri hələ ki, tamamilə Rusiyanın nəzarətində deyil. Belə ki, onların ərazilərinin bir hissəsi Ukraynanın nəzarəti altındadır. Cəbhədə hər iki bölgədə aktiv döyüşlər gedir.

Rusiyada yaradılmış seçki komissiyaları iddia edir ki, seçki komissiyalarının üzvləri səs vermək üçün “seçicilərin evlərinə gəlirlər”. Reuters xəbər verir ki, Mariupolda müvəqqəti seçki məntəqələri 2020-ci ildə Rusiya konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə zamanı bir sıra yerlərdə olduğu kimi həyətlərdə də açılır.

Ukrayna Milli Müqavimət Mərkəzi cümə axşamı təsdiqləyib ki, komissiya üzvləri rus hərbçilərinin müşayiəti ilə işğal olunmuş ərazilərin sakinlərinin evlərinə baş çəkiblər.

“Biz ukraynalıları işğalçılara qapılarını açmamağa və mümkünsə, “erkən səsvermə” müddəti üçün bölgəni və ya evlərini tərk etməyə çağırırıq”.

Bu çağırışı Ukrayna Milli Müqavimət Mərkəzi edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə