Ərdoğan Hərbi Dəniz Akademiyasında çıxış edib

Ərdoğan Hərbi Dəniz Akademiyasında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi sahələrdə attığı addımlar ilə diqqət çəkir''.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Hərbi Dəniz Akademiyası məzunlarının buraxılış mərasimində çıxış edib.
Türkiyə Prezidenti deyib: "Dünyanın ən strateji iki dəniz yolu olan İstanbul və Çanaqqala boğazlarına sahibik. Rusiya ilə Ukrayna arasında başlayan münaqişələrlə bütün bəşəriyyətin gözü Qara dənizə çevrildi. Aralıq dənizi qlobal ticarətdə oynadığı kritik rol və enerji qaynaqları ilə ön plana çıxır. Bir əsr əvvəl böyük dövlətlərin rəqabət meydanı olan bölgəmiz bu gün də eyni mübarizələrə səhnə olur. Xaosun və qeyri-müəyyənliyin artdığı dövrdə Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi sahələrdə atdığı addımlarla diqqət çəkir''.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbi gəmi texnologiyasında öz gəmisini dizayn edən, inkişaf etdirən, inşa edən 10 ölkədən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə