Dağıstan Xalq Məclisinin keçmiş deputatı, “Ədalətli Rusiya” partiyasının keçmiş üzvü Əhməd Həmzəyev Moskvada dünyasını dəyişib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə regional parlament məlumat yayıb.
Keçmiş həmkarları Əhməd Həmzəyevin Moskvada dünyasını dəyişdiyini bildirən regional parlament, eks-deputatın ölümünün təfərrüatlarını bilmədiyini də əlavə edib.
Dağıstanın Kaytaq rayon administrasiyasının mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, 55 yaşlı Həmzəyevin cənazəsi artıq gətirilərək doğulduğu Çumli kəndində dəfn edilib.
Bu arada “Baza” Telegram kanalı, Həmzəyevin Odintsovoda prodüser və keçmiş deputat Qrant Palagayevin evində keçirilən şənlik zamanı dünyasını dəyişdiyini bildirib. …Tədbir zamanı Palağayevlə Qəmzəyev arasında münaqişə yaranıb və atışma başlayıb. Palağayev qolundan yaralanıb, Qəmzəyev isə yerindəcə keçinib.
Necə deyərlər, əcəbmiş…
Hazırda prodüserin həbsdə olduğu deyilir. Belə ki, ona qarşı adam öldürmə maddəsi (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi) ilə iş başlanıb.
Bunu da “Baza” yazır.
P.S. Soldakı öldürən, sağdakı isə öləndir
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB