Bu gün Moskva yaxınlığındakı Mıtışidə “Vaqner” PMC-nin komandiri Dmitri Utkinin dəfn mərasimi keçirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Utkin (…Priqojindən fərqli olaraq-A.B.) xatirə qəbiristanlığında “təmtəraqla” dəfn edilib.
Mərasim zamanı orkestr çalıb. Təhlükəsizlik polis və Milli Qvardiya tərəfindən təmin edilib.
Qeyd edək ki, dəfn mərasiminə sıravi ziyarətçilər, eləcə də jurnalistlər buraxılmayıb.
Onu da qeyd edək ki, mərasimin mətbuat olmadan keçirməkdə Utkin ailəsi israr edib. Ona görə də elə əvvəldən Mıtişidəki qəbiristanlıq hərbi polis tərəfindən mühasirəyə alınıb. Belə ki, qəbiristanlıq hasarının kənarında mühafizəçilər yerləşdirilib - hər 150 metrdən bir təxminən iki rus mühafizəçi. Növbətçi polis əməkdaşları itlərlə yaxınlaşan avtomobillərə baxış keçiriblər.
Dəfndə, təxminən 50 nəfərə yaxın adamın iştirak etdiyi bildirilir.
Yeri gəlmişkən, 2017-ci ildə internetdə suriyalı əsgərin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən video yayımlanmışdı. Belə ki, videoda suriyalını döyüb, başını kəsdilər və sonra üzərinə benzin töküb yandırdılar.
Və indi “Vaqner”in kəşfiyyat şirkətinin keçmiş komandiri Marat Qabidullinin bəyan etdiyindən məlum olur ki, bu Dmitri Utkinin himayəsindəki fərariləri qorxutmaq üçün etdirdiyi əməllərdən biridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB