Qabon üsyançıları tərəfindən müvəqqəti prezident təyin edilmiş general Bris Oliqi Nguema sentyabr ayında rəsmi olaraq keçid dövrünün dövlət başçısı kimi and içəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Agence France-Presse”in sosial şəbəkəsi Twitter (yeni ad - X) xəbər yayıb.
Agentliyin məlumatına görə, ölkənin müvəqqəti lideri sentyabrın 4-də and içəcək.
Xatırladaq ki, avqustun 30-da Qabonda hərbi çevriliş baş verib. Bir qrup yüksək rütbəli hərbi məmur, Qabonun Seçki Komissiyasının prezident Əli Bonqonun üçüncü dəfə seçkilərdə qalib gəldiyini elan etməsindən dərhal sonra Qabon Respublikasına rəhbərlik etdiklərini və hakimiyyət institutlarının ləğv olunduğunu bəyan ediblər.
Üsyançılar səsvermənin nəticələrini tanımayacaqlarını bildiriblər. Dövlət başçısı ev dustaqlığına buraxılıb, oğlu isə saxlanılıb.
Daha sonra Qabonda hakimiyyəti ələ keçirən hərbçilər general Bris Oliqi Nqemanı ölkəyə müvəqqəti prezident təyin ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB