Zelenski uzaqmənzilli silahlardan uğurla istifadə etdiyini açıqlayıb
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlardan uğurla istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, artıq 700 kilometr məsafədəki hədəfləri də vura bilirlər.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının döyüş meydanındakı vəziyyətlə bağlı məruzəsinin dinlənildiyi gündəlik konfransda bildirib.
Beləliklə, görüş haqqında məlumat verən Zelenski sosial şəbəkələrdə “...uzaq mənzilli silahlarımızdan uğurla istifadə: hədəf 700 kilometr uzaqda vuruldu”-yazıb.
Qeyd edək ki, Ukrayna prezidenti başqa təfərrüatları açıqlamayıb. Hədəfin nə olduğu bəlli deyil, lakin məlumat Pskov hava limanına pilotsuz təyyarənin hücumundan bir gün sonra bildirilib.
Xatırladaq ki, bu şəhər Ukrayna sərhədindən təxminən 800 kilometr aralıda yerləşir.
Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov Facebook-da raket buraxılışının videosunu yerləşdirərək, onu “Ukrayna prezidentinin raket proqramı fəaliyyətdədir” sözləri ilə şərh edib.
Yeri gəlmişkən, avqustun 30-a keçən gecə Pskovda hücuma məruz qalan aerodrom ərazisində hərbi və mülki təyyarələr yerləşdirilib. Pilotsuz uçuş aparatlarının istifadəsi ilə edilən zərbələrdən sonra orada yanğın baş verib. Müxtəlif hesablamalara görə, ikidən altıya qədər “İl-76” hərbi nəqliyyat təyyarəsi zədələnib. Yerli Fövqəladə Hallar Nazirliyi təyyarələrin alışdığını təsdiqləsə də, onların sayını dəqiqləşdirməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB