Yaşayış binasında yanğın nəticəsində 73 nəfər ölüb

Yaşayış binasında yanğın nəticəsində 73 nəfər ölüb

Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 73 nəfər ölüb, 52 nəfər yaralanıb.
Cənubi Afrikanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı bəyanatda yanğının səhər saatlarında başladığı bildirilib.
Bəyanatda qeyd olunub ki, yanğın nəticəsində biri uşaq olmaqla 73 nəfər həyatını itirib, 52 nəfər də yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada ölkəyə qeyri-qanuni yollarla gələnlərin yaşadığı iddia edilir.
Axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə