Rusiya Bankının məlumatına görə, avqustun 25-nə Rusiyanın beynəlxalq ehtiyatları 580,5 milyard dollar təşkil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, avqustun 18-nə beynəlxalq ehtiyatlar 579,5 milyard dollara çatıb və beləliklə, həftə ərzində 1 milyard dollar artıb.
Qeyd edək ki, Beynəlxalq ehtiyatlar Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli maliyyə aktivləridir. Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüququndan (SDR-lər, xüsusi borc almaq hüququ, Beynəlxalq Valyuta Fondu, BVF tərəfindən istifadə edilən hesab valyutası), BVF-də ehtiyat mövqeyi və digər ehtiyat aktivlərdən ibarətdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB