Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib

Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi mətbuat brifinqində terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar barədə məlumat verilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, son bir həftədə 44 terrorçu zərərsizləşdirilib. Bu il zərərsizləşdirilən terrorçuların sayı 1146, 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayın is 38 min 489 olub.

İraqın şimalındakı "Pəncə-kilid" əməliyyatı bölgəsində indiyədək 600 terrorçu zərərsizləşdirilib, 1336 silah və təxminən 667 min sursat ələ keçirilib, 640 mağara-sığınacağa basqın edilib.

Son bir həftədə Suriyadakı əməliyyat bölgələrinə terrorçular tərəfindən 3 dəfə təcavüz cəhdi edilib.

Türkiyə Silahlı Qüvvələrinin cavabı ilə 31 terrorçu zərərsizləşdirilib. Bir il ərzində zərərsizləşdirilən terrorçuların sayı 840 nəfər olub.

Bundan əlavə, 2023-cü ildə terrorçular tərəfindən əməliyyat bölgələrinə 96 təcavüz atəşi açılıb. Mehmetciyin cavabı ilə 744 terrorçu zərərsizləşdirilib.

Digər tərəfdən, daxili işlər naziri Əli Yerlikaya separatçı terror təşkilatı PKK-dan qaçan 4 terrorçunun inandırma səyləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Yerlikaya qeyd edib ki, son 90 gündə aparılan inandırma cəhdləri nəticəsində təslim olan terrorçuların sayı 38-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə