İran kəşfiyyatı Mossad-ı ittiham etdi

İran kəşfiyyatı Mossad-ı ittiham etdi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) kəşfiyyat xidmətləri İsrailin xarici kəşfiyyat xidməti Mossad-ı İslam Respublikasının müdafiə kompleksinin obyektlərində təxribat hazırlamaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, cinayətkar qruplaşmanın üzvləri birbaşa Mossad-ın nəzarəti altında keyfiyyətsiz və nasaz hissələri tədarük etməklə raketlərin buraxılışını pozmaq niyyətində olublar, buna görə raketlər buraxılarkən partlamalı idi.

İran kəşfiyyatı təxribat törətməkdə şübhəli bilinən bütün şəxsləri saxlayıb.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə