5 milyon arı bir anda ətrafa səpələndi - FOTOLAR

5 milyon arı bir anda ətrafa səpələndi - FOTOLAR

Torontonun qərbində Halton rayon polisinə səhər saatlarında yük maşınındakı arı yeşiklərinin yola düşdüyü xəbəri gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, Burlinqtonda Dundas küçəsinin şimalındakı Quelf xəttinə milyonlarla arı səpələnib.

Polis məmuru Ryan Anderson, "Bu, əsl qorxu filmi kimi bir səhnədir. Pətəklər sözün əsl mənasında yoldan çıxdı və arı sürüləri ətrafa uçurdu. Göründüyü kimi, hadisə yerinə gələn ilk arıçılar bir neçə dəfə sancılmışdılar" dedi.

Polis yoldan keçən sürücülərə xəbərdarlıq edib ki, yoldan keçərkən pəncərələrini bağlasınlar. Piyadalara isə ərazidən uzaq durmaları barədə xəbərdarlıq edib.

Polis sosial şəbəkədə bu barədə açıqlama verdikdən təxminən bir saat sonra bir neçə arıçı polislə əlaqə saxlayıb və kömək təklif edib. Nəhayət, altı və ya yeddi arıçı hadisə yerinə gəlib. Təxminən dörd saatlıq işdən sonra beş milyon arının çoxunun təhlükəsiz şəkildə toplandığı və yeşiklərin götürüldüyü bildirilib. Toplana bilməyən arıların özbaşına qayıtması üçün ərazidə bəzi pətəklər saxlanılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə