Oğlan və qız şagirdlərə bu geyimlər qadağan olundu - DİQQƏT

Oğlan və qız şagirdlərə bu geyimlər qadağan olundu - DİQQƏT

Fransada məktəblərdə qızların abaya üslubunda uzun paltar geyinməsinə qadağa qoyulduqdan sonra oğlanlara da xalat geyinmək qadağan edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa Təhsil naziri Qabriel Attal qonağı olduğu France Inter radiosunda sentyabrın 4-də başlayacaq yeni akademik dövrdən etibarən bu qadağanın olacağını açıqlayıb.

Attal bildirib ki, abaya və kişi donu geyinən gənclərin ailələri ilə fikir mübadiləsi aparmaq, söhbət etmək lazımdır.

Fransalı nazir abaya və ya xalat geyinən şagirdlərin məktəbə qəbul ediləcəyini, onlara bu qadağanın nə demək olduğunu və bu paltarların niyə məktəbə buraxılmaması barədə məlumat veriləcəyini bildirib.

Bəzi qız tələbələrin bu qaydaya əməl etmələrinin bir neçə gün çəkə biləcəyini bildirən Attal, abaya geyinən qız tələbələrin məktəbə daxil ola bildiyini, lakin dərslərə girə bilməyəcəyini bildirib.

Fransa parlamentarisi Manuel Bompard, Attalın dünyəviliyə zidd olduğu əsası ilə məktəblərdə abayaya qoyulan qadağanı Dövlət Şurasına çıxaracağını açıqlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə