Avtobusda seksual xarakterli davranışlar sərgiləyən şəxs tutuldu - FOTO

Avtobusda seksual xarakterli davranışlar sərgiləyən şəxs tutuldu - FOTO

İstanbul Ataşehirdə bələdiyyə avtobusunda qadınların şəklini çəkərkən yaxalanan şəxs “Gözümüz düşür. Belə geyinməyinizi qınayıram” deyib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs polis bölməsinə aparılıb.

Hadisə Ataşehirdə bələdiyyə avtobusunda baş verib. İddiaya görə, bir şəxs avtobusun içərisində qadın sərnişinlərin gizli fotolarını çəkməyə başlayıb. Vəziyyəti görən sərnişinlər həmin şəxsə reaksiya veriblər. Hadisə yerinə gələn polis qrupları tərəfindən nəzarətə alınan adam polis bölməsinə aparılıb.

Həmin anlar vətəndaşların mobil telefonunun kamerasına əks olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə