90 yaşlı Yuiçiro Miura əlil arabası ilə Fuji dağının zirvəsinə qalxdı - MARAQLI HADİSƏ

90 yaşlı Yuiçiro Miura əlil arabası ilə Fuji dağının zirvəsinə qalxdı - MARAQLI HADİSƏ

Yaponiyada 90 yaşlı Yuiçiro Miura əlil arabası ilə Fuji dağının zirvəsinə qalxıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o ailəsi və bir qrup dostlarının köməyi ilə Fuci dağına çıxıb.

Gəzməkdə çətinlik çəkən Yuiçiro, alpinizm üçün xüsusi olaraq hazırlanmış əlil arabasına bağlanan kəndirlərlə zirvəyə aparılıb. Qeyd edilib ki, Yiuçiro yerli vaxtla saat 07:20 radələrində pik nöqtəsinə çatıb.

Yapon alpinist 2013-cü ildə, 80 yaşında Everest zirvəsinə qalxan ən yaşlı insan kimi qeydə alınmışdı. Yaponiyanın ən hündür dağı olan Fujinin hündürlüyü 3776 metrdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə