NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM) Türkiyəni 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. LANDCOM türkcə "Zəfər bayramınız mübarək" ifadəsini paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, LANDCOM-un baş qərargahı İzmirdə yerləşən X platformasındakı mesajının davamında "Bu özəl gündə bizi qəbul etdiyi üçün Türkiyəyə təşəkkürümüzü bildiririk. Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib”. Əsgərlərimiz hər zaman böyük peşəkarlıq və əzmkarlıq nümayiş etdiriblər.Türkiyə və NATO birlikdə daha güclü və təhlükəsizdir” ifadələrindən istifadə edilmişdir.
NATO-nun Türkiyə ilə birləşməsi Yunanıstanda ötən il olduğu kimi vəlvələyə səbəb olub. Yunan mətbuatının NATO-nun təbrik mesajından həzmsizliyi gündəm olub. Yunan mətbuatı “Xarici İşlər Nazirliyi Türkiyəyə xoş arzular mesajına görə cavab verəcək” başlıqlı xəbərlə NATO-nun mesajını “təxribat xarakterli paylaşım” kimi qiymətləndirib.
NATO-da Yunanıstan səlahiyyətlilərinin hərəkətə keçəcəyi bildirilərkən, Afina hökumətinin alyansa yazılı etiraz məktubu göndərəcəyinə dair məlumatlar var idi.
LANDCOM ötən il avqustun 30-da oxşar bir yazı hazırlamışdı, lakin sosial media mesajı Yunanıstanın etirazı ilə silinmişdi. Türkiyə mesajın silinməsini NATO səlahiyyətlilərinin diqqətinə çatdırıb və vəziyyəti qəbuledilməz elan edib. Bunun üzərinə LANDCOM 1 sentyabr tarixində yeni təbrik mesajı paylaşmışdı.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB