“BMT-nin Fransaya daha çox təsir etmək imkanları mövcuddur“ - POLİTOLOQ FİKİR BİLDİRDİ

“BMT-nin Fransaya daha çox təsir etmək imkanları mövcuddur“ - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Bu gün Fransanın sistematik şəkildə faşist siyasəti həyata keçirdiyi hər kəsə məlumdur. Fransa miqrantlara, müsəlmanlara, fərqli inanclara qarşı dövlət basqısı həyata keçirən bir ölkədir və bütün bu addımları dünya birliyi tərəfindən də müşahidə edilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu günə qədər Fransanın istismarçı, müstəmləkəçi siyasətinə etiraz etməyən bir çox xarici dövlətlər, beynəlxalq təşkilatlar bu gün Fransanın özünü daha da haqlı hesab etməsinə səbəb olublar:

“Bu aqressiv siyasət və eyni zamanda qəbuledilməz mövqe Fransa cinayətlərini daha da artırır. Bu gün BMT tribunasından Fransada müsəlman geyimləri ilə bağlı sonuncu alınan qərarın tənqid edilməsi təqdir edilən hadisə hesab edilməlidir. Amma istənilən halda BMT-nin Fransaya daha çox təsir etmək imkanları mövcuddur. BMT təsir imkanlarından Fransaya qarşı lazım olanı tətbiq edə bilmir. Bu baxımdan Azərbaycan məsələsində yanlış mövqe qoyan Fransanın özünün daxili, siyasi vəziyyəti kifayət qədər kəskindir və bu da daha çox beynəlxalq təşkilatların reaksiya verməməsi ucbatından baş verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə