Atlantik okeanında yaranan “İdalia” qasırğası ABŞ-nin Florida sahillərinə çatıb. SİA xəbər verir ki, bu barədə Milli Qasırğalara Nəzarət Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, 3-cü kateqoriyalı həddindən artıq şiddətli “İdalia” qasırğası Floridanın Biq Bend sahillərini vurub.
Küləyin maksimal sürətinin 201 km/saat olduğu qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Florida ştatının qubernatoru Ron Desantis qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB