ABŞ vətəndaşlarına çağırış etdi

ABŞ vətəndaşlarına çağırış etdi

ABŞ təhlükəsizlik vəziyyətinin pisləşməsini əsas gətirərək Haitidəki vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-nin Haitidəki səfirliyi yazılı açıqlama yayıb.

Bəyanatda ABŞ vətəndaşlarına şəxsi və ya kommersiya nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunub.

“Ölkədə mövcud təhlükəsizlik vəziyyəti və infrastruktur çətinlikləri ilə əlaqədar Haitidəki ABŞ vətəndaşları ən qısa zamanda ölkəni tərk etməlidirlər”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə