Tacikistanda güclü yağış və sel nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Mətbuat Xidməti məlumat yayıb.
"Vəhdətdə 17, Rudəkidə iki, Vərzobda iki nəfər olmaqla 21 adam ölüb”, - komitənin Mətbuat Xidmətinin rəhbəri Umeda Yusufi bildirib. O əlavə edib ki, idarənin əməkdaşları xilasetmə işlərini davam etdirirlər.
Qeyd edək ki, təbii fəlakət nəticəsində respublika ərazisində evlər, avtomobillər, körpülər zədələnib, təsərrüfat sahələri su altında qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB