Ali İqtisadiyyat Məktəbinin yaradıcılarından biri, iqtisad elmləri namizədi Andrey Yakovlev universitetdən təqaüdə çıxdığını açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, alim bu barədə öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində orada işləyən 7 min nəfərdən 700-ə yaxın müəllim və elmi işçi Ali İqtisadiyyat Məktəbini tərk edib.
Yakovlev iddia edir ki, universitetdən alimlərin axını 2021-ci ilin ortalarında daha mühafizəkar Nikita Anisimov və onun rəhbərlik komandası keçmiş rektor Yaroslav Kuzminovu əvəz edəndən sonra daha da sürətlənib.
Onun fikrincə, müəllimlərin növbəti kütləvi ixtisarı Ukraynada müharibənin başlanmasına və universitetin liberal fikirli işçilərə qarşı repressiv siyasətinə səbəb olub.
Qeyd edilir ki, Andrey Yakovlev 1993-cü ildən Ali İqtisadiyyat Məktəbində fəaliyyət göstərib. 18 ildən artıq universitetin prorektoru olub.
Müəssisələrin və Bazarların Təhlili İnstitutunun professoru, elmi komissiyanın sədri və direktoru vəzifələrində çalışıb. İşdən çıxarılmasının rəsmi səbəbi kimi ona, müqaviləsininin başa çatması göstərilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB